Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avqustun 9-na keçən gecə Hava Hücumundan Müdafiə Qoşunları Rusiyanın vilayətləri üzərində Ukrayna Silahlı Qüvvələrinin (USQ) yüzə yaxın pilotsuz uçuş aparatını (PUA) vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Ən çox pilotsuz təyyarə Kursk vilayətinin səmasında məhv edilib – 28. Bryansk və Kaluqa vilayətləri üzərində 13 PUA vurulub. Tula vilayətində 10 pilotsuz təyyarə məhv edilib. Bundan əlavə, idarənin məlumatına görə, daha 8 pilotsuz təyyarə Oryol və Belqorod vilayətləri səmasında, 7-si isə Azov dənizinin suları üzərində vurulub.
Hava Hücumundan Müdafiə Qoşunları həmçinin Kuban üzərində 5, Rostov vilayətində 2 pilotsuz uçan aparatı məhv edib. Daha bir pilotsuz təyyarə Krımda, Moskva vilayətində və Lipetsk vilayətində məhv edilib. Beləliklə, Moskva vaxtı ilə saat 22:41-dən 05:05-ə qədər ümumilikdə 97 Ukrayna PUA-sı məhv edilib.
Avqustun 8-i axşam saatlarında Müdafiə Nazirliyi ölkənin regionları üzərində 70 pilotsuz uçan aparatın məhv edilməsi barədə məlumat yayıb.
E.ŞİRİNOV