Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın “Burevestnik” strateji qanadlı raketi unikal silahdır və qlobal strateji nüvə potensialında qüvvələr balansını dəyişməyə qadirdir.
Tezadlar.az xəbər verir ki, bunu “Global Times” qəzetinə çinli hərbi ekspert Sonq Çjonpinq “Burevestnik”in mümkün yeni sınaqları ilə bağlı Qərb mətbuatının xəbərlərini şərh edərkən deyib.
Çinli ekspertin sözlərinə görə, “Burevestnik” kimyəvi yanacaqla işləyən adi qanadlı raketlərdən fərqlənir. Yeni rus raketi nüvə enerjisindən istifadə edir ki, bu da “faktiki olaraq sonsuz məsafəni təmin edir”.
Sonq Çjonpinq qeyd edib ki, Rusiya Federasiyası nüvə enerjisi ilə işləyən nüvə silahı hazırlayan ilk ölkə olub.
“Bu silahın uğurlu yaradılması qlobal strateji nüvə potensialında qüvvələr balansını müəyyən dərəcədə dəyişə bilər”, – ekspert bildirib.
E.ŞİRİNOV