Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Nəhayət, Avropa Komissiyası (AK) qəbul edilmiş qərarlarla bağlı öz mövqeyini müdafiə etməyə hazırdır, bu, Avropa İttifaqı (Aİ) Şurası tərəfindən Rusiya qazının idxalına qoyulan qadağaya da aiddir. Tezadkar.az CNN- ə istinadla xəbər verir ki, bunu AK-nın rəsmi nümayəndəsi Anna-Kaysa İtkonen Macarıstan və Slovakiyanın bu qərarın mübahisəsi üçün Avropa Məhkəməsinə müraciət etmək niyyətinə dair suala cavab olaraq bildirib. Onun sözlərinə görə, Aİ ölkələrinin qərarları, o cümlədən Rusiya qazından mərhələli imtina üzrə “REpower EU” direktivlərini məhkəməyə çıxarmaq hüququ var. Sitat: “Biz “REpower EU”nun təsdiqini alqışlayırıq, bu Aİ üçün tarixi məqamdır. Proses artıq başa çatıb və bu, Rusiya qazının idxalını tam dayandıran son addım idi. İndi isə mərhələli şəkildə Rusiya neftindən də imtina edə bilərik”, – AK-nın rəsmi nümayəndəsi deyib.
İtkonen qeyd edib ki, AK üzv dövlətlərlə, o cümlədən Macarıstan və Slovakiya ilə işləməyə davam edəcək: “Aİ üzv dövlətlərlə, xüsusilə Macarıstan və Slovakiya ilə işləməyə davam edəcək. Bu ölkələrin xüsusi vəziyyəti nəzərə alınacaq və enerji mənbələrinin diversifikasiyası istiqamətində dəstək davam edəcək”.
Rusiya iqtisadiyyatı ciddi sınaq qarşısındadır, vəziyyətdən çıxış yolu isə görünmür. Nə qədər ki, sülh danışıqları uğursuzdur, vəziyyət daha da pis olacaq.
JASMİN