Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kiyevdə Rusiyanın gecə saatlarında birgə hücumundan sonra bir sıra küçələrdə nəqliyyatın hərəkəti bağlanıb.
Tezadlar.az bildirir ki, bu barədə Patrul Polis İdarəsinin rəisinin birinci müavini Aleksey Biloşitski Telegram-da məlumat verib.
Onun sözlərinə görə, hazırda nəqliyyatın hərəkəti bağlıdır.
Polis sürücüləri və paytaxt sakinlərini marşrutlarını planlaşdırarkən bu məlumatları nəzərə almağa çağırıb.
Kiyevə zərbə
İyulun 31-nə keçən gecə Rusiya pilotsuz təyyarələr və raketlərlə Kiyevə hücum edib. Çoxmərtəbəli binanın girişi dağılıb, insanlar dağıntılar altında qalıb. Hazırda bir uşaq – 6 yaşlı oğlan da daxil olmaqla 6 nəfərin öldüyü məlumdur. 4 nəfər Svyatoşinski rayonunda, 2 nəfər Solomenskidə ölüb.
Zərbə baş verən yerlərdə xilasedicilər işləyir.
E.ŞİRİNOV