Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Nijni Novqorod vilayətində Su-27 hərbi qırıcısı qəzaya uğrayıb.
Tezadlar.az “Mash”a istinadən xəbər verir ki, təyyarə Kulebaki şəhəri yaxınlığında qəzaya uğrayıb.
Qeyd olunur ki, iki qırıcı pilot içəridən çıxmağa müvəffəq olub. Onlardan biri artıq tapılıb, o, xəsarət almayıb. İkinci pilotun axtarışları davam edir.
Rusiya mətbuatının məlumatına görə, hadisənin səbəbləri araşdırılır.
Rusiyanın digər Telegram kanalı yazır ki, qırıcı təyyarə Veletma kəndi yaxınlığındakı meşədə qəzaya uğrayıb. Yerdə dağıntı və tələfat yoxdur.
Rusiya mətbuatı döyüş təyyarəsinin məhv edildiyini iddia edir. Qəza yerində yanğınsöndürənlər işləyir.
Rusiya döyüş təyyarələrini itirir
Xatırladaq ki, sentyabrın 20-də Rusiyanın Voronej vilayətində Su-34 qırıcısı qəzaya uğrayıb. “Belaruski Qayun” monitorinq qrupu qeyd edib ki, təyyarə 7 ay Belarusda olub və avqustun 5-də Baranoviçi aerodromunu tərk edib. Fəlakətin səbəbinin texniki nasazlıq olduğu bildirilir.
Bundan əlavə, aprel ayında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın Su-30SM təyyarəsinin Rostov-na-Donu mərkəzi aerodromunun ərazisində alov aldığını və yandığını bildirmişdi. Məhv edilmiş təyyarənin təxmini dəyəri 50 milyon dollardır.
E.ŞİRİNOV