30 Oktyabr 2025 / 07:58

Rusiyanın UMPK ilə təchiz olunmuş hava bombaları 200 kilometrə qədər məsafədəki hədəfləri vura bilər

Universal planlaşdırma və korreksiya moduluna (UMPK) malik Rusiyanın eksperimental hava bombaları 200 kilometrə qədər məsafədəki hədəfləri vura bilər.

Tezadlar.az bildirir ki, bu barədə “The National Interest” məlumat verib.

Müəllif Rusiya inkişafını “axmaq” bombaları “ağıllı” bombalara çevirən istiqamətləndirmə dəsti ilə təchiz olunmuş Amerika JDAM-ı ilə müqayisə edir.

“Əgər effektivliyini sübut edərsə, yeni sürüşmə bombası Rusiya qırıcıları və bombardmançıları üçün əlavə zərbə variantına çevriləcək”, -məqalədə deyilir.

25 oktyabrda dizayner və doktorluq namizədi İqor Vasilyev Rusiya ordusunun döyüşün gedişatını dəyişdirə biləcək modernləşdirilmiş idarə olunan hava bombaları ilə arsenalını genişləndirdiyi fikrini bildirib.

Bomba trayektoriya planlaşdırma və korreksiya modulu, peyk naviqasiya sistemi və idarə olunan səthlərlə təchiz olunub ki, bu da ona 200 kilometrə qədər məsafədəki hədəfləri vurmağa imkan verir. Hərbçilər iddia edirlər ki, tək bir zərbə 100×100 metr ölçülü möhkəmləndirilmiş qalanı tamamilə məhv edə bilər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!