19 İyul 2025 / 08:32

Rusiyanın vilayətləri üzərində Ukraynaya məxsus 71 PUA vurulub

Hava Hücumundan Müdafiə Qoşunları bir gecədə Rusiyanın regionları üzərində, o cümlədən 16-sı Moskva vilayətində 71 Ukrayna pilotsuz uçan aparatını məhv edib və ələ keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə hava hücumundan müdafiə sistemləri Ukraynanın təyyarə tipli 71 pilotsuz uçuş aparatını məhv edib: 24-ü Rostov vilayəti, 16-sı Moskva vilayəti, o cümlədən 13-ü Moskva, 11-i Bryansk vilayəti, 10-u Bryansk vilayəti, 10-u Kaluqa vilayəti, 2-si Kurqa vilayəti üzərində, 2-si Moskva vilayəti üzərində. 2-si Oryol, Tula və Lipetsk vilayətlərinin əraziləri üzərində, Krasnodar diyarının ərazisi üzərində isə 1 PUA”, – məlumatda deyilir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!