Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya ilə ABŞ arasında dialoq Alyaska sammitindən sonra inkişaf etməyə davam edərsə, ödənişlərin və layihələrin həyata keçirilməsi ilə bağlı bir sıra məhdudiyyətlər tezliklə aradan qaldırıla bilər.
Tezadlar.az xəbər verir ki, anti-Rusiya sanksiyalarının ləğvi perspektivini “RİA Novosti” ilə söhbətində Qaydar İnstitutunun Ən Yaxşı Beynəlxalq Təcrübələrin Təhlili Laboratoriyasının elmi işçisi İvan Yermoxin qiymətləndirib.
“Qısa müddətdə sanksiyaların məqsədyönlü şəkildə ləğvini gözləmək olar. Uzunmüddətli perspektivdə Rusiyanın dondurulmuş ehtiyatlarının taleyini həll etmək lazım gələcək”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskada keçirilən görüşünün nəticələri ölkələr arasında işgüzar əməkdaşlığın inkişafı ilə bağlı müsbət proqnozlar verməyə imkan verir. Xüsusilə, neft-qaz sektorunda, aviasiyada, İT sektorunda potensial var.
Bundan əvvəl Avropa İttifaqı Ukraynada atəşkəsə cavab olaraq Rusiyaya qarşı sanksiyaların mümkün yumşaldılmasını müzakirə etməyə başlayıb. Əsas şərt Moskvanın “müəyyən vaxt çərçivəsində” buna razılıq verməyə hazır olması olmalıdır.
E.ŞİRİNOV