5 Avqust 2025 / 22:26

Rusiyaya verilən ultimatumla bağlı ABŞ-ın problemləri üzə çıxıb

ABŞ Rusiyaya verdiyi ultimatumu yerinə yetirməsə, etibarını itirmək və öz maraqlarına ziyan vurmaq riski ilə üzləşir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Agentliyin fikrincə, Vaşinqtonun avqustun 8-dək Moskvaya verdiyi ultimatuma əməl etməkdən imtina etməsi zəiflik əlaməti kimi qəbul ediləcək və ABŞ-ın beynəlxalq reputasiyasına xələl gətirəcək.

“Əgər qalib gələrsə, genişlənmiş, döyüşdə möhkəmlənmiş, pilotsuz döyüşlərdə bacarıqlı Rusiya ordusu ABŞ-ın Avropadakı maraqlarına ciddi təhlükə yaradacaq”, – “Bloomberg” də qeyd edir.

Agentlik həmçinin Rusiyanın pilotsuz texnologiyaları aktiv şəkildə inkişaf etdirməsinə, silah-sursat istehsalının NATO üzvlərinin imkanlarını üstələyən sürətlə artmasına, Moskvanın Tehran, Pxenyan və Pekinlə əlaqələrinin güclənməsinə, habelə neft ixracının Hindistan və Çin bazarlarına yönləndirilməsinə diqqət çəkib.

“Nüfuz uğrunda qlobal mübarizədə Rusiya prezidenti Vladimir Putin uzun müddətdir ki, daha yaxşı oynayır”, – “Bloomberg” yekunlaşdırıb.

Daha əvvəl “Reuters” agentliyi mənbələrə istinadən xəbər verir ki, Vladimir Putin çətin ki, Moskvadan Ukraynadakı münaqişəni on gün ərzində həll etməyi tələb edən, ABŞ-ın Moskva və onun ticarət tərəfdaşlarına ikinci dərəcəli sanksiyalar və 100 faizlik gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyən ABŞ prezidenti Donald Trampın ultimatumuna razı olsun.

Agentliyin mənbələrinə görə, Rusiya lideri Trampla “münasibətləri korlamaq istəməz” və başa düşür ki, Moskva ilə Vaşinqton arasında əlaqələri yaxşılaşdırmaq şansını əldən vermək ehtimalı var. Mənbələrin vurğuladığı kimi, Putin üçün Rusiyanın milli maraqları birinci dərəcəli əhəmiyyət kəsb edir, ona görə də onun Ukrayna münaqişəsində məqsədi əraziləri azad etmək, yalnız bundan sonra reallıqları nəzərə alaraq sülh danışıqları aparmaqdır.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!