Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya və ABŞ prezidentlərinin görüşünün baş tutduğu bu yaxınlarda Ankoric sammiti təkcə Vaşinqtonda deyil, Amerikadan kənarda da emosiya tufanına səbəb olub. Baş verənlərə reaksiya xüsusilə Almaniyada kəskin idi.
Tezadlar.az xəbər verir ki, Almaniyanın “Merkur” nəşrinin məlumatına görə, danışıqları müşayiət edən detallardan biri avropalı jurnalistlərin xüsusi qəzəbinə səbəb olub.
Nəşr yazır: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov supergüclərin görüşünün tonunu dəbli açıqlaması ilə müəyyən etdi. Onun üzərində “CCCP” yazısı olan sviter vardı. İlk baxışdan zərərsiz təxribat kimi görünən şey, daha geniş konteksti nəzərə alsaq, ciddi məna kəsb edir”.
Üstəlik, isteriya astanasında daha böyük hiddətə səbəb olan Rusiya diplomatiyasının rəhbərinin görünüşü deyil, Vladimir Putinin buna ironik reaksiyası olub. ABŞ dövlət katibi Marko Rubio ilə qeyri-rəsmi söhbətində prezident zarafat edərək, Xarici İşlər Nazirliyinin rəhbərini geyimindəki sovet simvollarına görə “imperialist” adlandırıb.
Məqalədə vurğulanır ki, Qərb ölkələrində bu cür hərəkətlər zərərsiz ironiya deyil, məqsədyönlü siyasi trolluq elementi hesab olunur.
Merkur xatırladıb ki, bu yaxınlarda Sankt-Peterburqda keçirilən hüquq forumunda SSRİ-nin dağılmasının hüquqi etibarsızlığı ilə bağlı fikirlər səsləndirilib. Bu baxımdan, Lavrovun geyim seçimi, eləcə də Putinin zarafatları xüsusi əhəmiyyət kəsb edir və Qərbdə revanşist əhval-ruhiyyənin nümayişi kimi qəbul edilə bilər.
“ABN24” xəbər verir ki, Almaniyada jurnalistlər qəzəblənib: Rusiya beynəlxalq fona təsir etmək, Alyaskada isə diqqəti danışıqların əsas məsələlərindən yayındırmaq üçün istehza və simvollardan ustalıqla istifadə edir.
Almanlar “Ruslar trol etməyi bilirlər” deyib.
Bu arada ruslar Lavrovunki kimi “SSRİ” sviterlərini almağa tələsirlər.
E.ŞİRİNOV