15 Dekabr 2023 / 12:58

RYABKOV: ABŞ NÜVƏ SINAQLARINI BƏRPA ETSƏ, RUSİYADAN EYNİ CAVABI ALACAQ

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “International Affairs” jurnalına müsahibəsində ABŞ-ın nüvə silahı sınaqlarını bərpa edəcəyi təqdirdə Moskvanın da eyni şəkildə cavab verəcəyini bildirib.

“Nüvə sınaqları ilə bağlı deyə bilərəm ki, ABŞ onları bərpa etsə, bizdən eyni cavabı alacaqlar”, – Ryabkov deyib.

Diplomatın sözlərinə görə, Vaşinqton bu yaxınlarda dəfələrlə Amerika rəhbərliyinin belə planlarının olmadığına işarə edərək, ABŞ-ın öz sınaq meydançası ilə bağlı şəffaflıq nümayiş etdirməyə hazır olduğunu qeyd edib. “Ancaq bu gün niyyət yoxdur, amma sabah onlar görünə bilər”, – o deyib.

Bundan əvvəl Rusiya XİN rəhbərinin müavini artıq qeyd edib ki, Vaşinqton nüvə sınaqlarının bərpası mövzusunda Moskvanın gücünü sınamağı zəruri hesab edirsə, yanılır.

​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!