Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Orel şəhərinin Sovetski rayon məhkəməsi şəhər merinin birinci müavini Vadim Niçiporovu ev dustaqlığına məhkum edib.
Bu barədə “Vkontakte”-də Oryol vilayətinin rayon məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
“Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyib və təqdim olunmuş materialları araşdıraraq, təqsirləndirilən Niçiporov barəsində 2024-cü il avqustun 16-dək iki ay müddətinə ev dustaqlığı növündə qətimkan tədbiri seçib”, – bəyanatda deyilir.
Aydın olur ki, Niçiporov vəzifə səlahiyyətlərindən sui-istifadədə cinayət işi üzrə təqsirləndirilir.
Xatırladaq ki, Orel şəhərinin birinci vitse-meri iyunun 17-də saxlanılıb. İlkin olaraq onun sahibkarlığa mane olmaqda ittiham olunduğu bildirilirdi.
E.ŞİRİNOV