Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ermənistan silahlı qüvvələri bölmələrinin Zod qızıl yatağı istiqamətindəki təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafa rayonunda dəfn ediləcək.
Belə ki, şəhidin nəşi Vurğun qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq. 1998-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafa rayon Vurğun qəsəbəsi sakini olub. O, iki ilə yaxın imiş Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş. Şəhid O.Novruzəlizadə subay olub, bir qardaşı və iki bacısı var.