Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Ekstradisiya ilə bağlı, Ukrayna hökumətindən bizə heç bir sorğu olmayıb. Biz bunu təsdiq edirik”.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Gürcüstanda 40-a yaxın Ukrayna vətəndaşı cəza çəkir, o cümlədən Mixeil Saakaşvili. Nazir bildirib ki, Saakaşvilinin sağlamlıq vəziyyəti televiziyadakı görüntüləri ilə yox, həkimləri tərəfindən aparılan müayinələrlə qiymətləndirilir. Əlavə edib ki, Mixeil Saakaşvili həkimlərin tövsiyələrinə əməl etmir və özünə zərər verməklə məşğuldur. Rati Breqadze sağlamlıq vəziyyəti imkan verdiyi zaman Saakaşvilinin müalicə aldığı klinikadan həbsxanaya qaytarılacağını deyib.