Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Mixeil Kavelaşvilinin cəzaçəkmə müəssisəsində olan siyasətçilərə ünvanladığı əfv təklifi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə şamil edilmir. Səbəb isə Saakaşvilinin Ukrayna vətəndaşı olmasıdır. Tezadlar.az xəbər verir ki, Jurnalistlərə açıqlamasında Papuaşvili bildirib ki, Ukrayna vətəndaşlarına bu təşəbbüs aid deyil və Saakaşvilinin Gürcüstan seçkiləri ilə bağlı istənilən formada iştirakı yolverilməzdir. Onun sözlərinə görə, prezidentin əfv təklifi konkret məqsədə xidmət edir – cəza çəkən siyasətçilərin seçkilərdə iştirak imkanını təmin etmək: “Görürük ki, ‘Lelo’ partiyası seçkilərdə iştirak etmək niyyətindədir. Liderlərin qanuni cəza çəkdiyinə görə tamhüquqlu seçki kampaniyası aparmaq imkanlarının olmadığını iddia etməmələri üçün bu təklif irəli sürülüb. Əgər istəyirlərsə, prezident onları əfv etməyə hazırdır,” – deyə o vurğulayıb. Papuaşvli həmçinin bildirib ki, bu təklif yalnız Gürcüstan Konstitusiyasını və qanunlarını pozaraq cəza almış, lakin nisbətən yüngül cəza çəkən bir neçə siyasətçiyə aiddir.
Prezident Mixeil Kavelaşvili cəzaçəkmə müəssisəsində olan siyasətçilərə müraciət edərək, əfv üçün müraciət etməyi və seçkilərdə iştirak istəklərini bildirməyi təklif edib. O, bu halda dərhal əfv aktını imzalayacağını bəyan edib.