23 İyul 2025 / 22:03

Saatlıda avtomobil piyadanı vurdu – qadın hadisə yerində öldü

Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Tezadlar.az xəbər verir ki, hadisə Sabirabad–Saatlı avtomobil yolunun Bəylik kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən qadın piyadanı vurub.

Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!