Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dağıstanda əslən azərbaycanlı olan sabiq daxili işlər nazirinin müavini Rüfət İsmayılov mühakimə olunub.
Tezadlar.az yerli mediaya istinadən xəbər verir ki, Moskva məhkəməsi Baş Prokurorluğun qaldırdığı iddialara cavab olaraq Rüfət İsmayılovun 533 milyon rubl dəyərində əmlakını müsadirə edib.
Onun aktivlərinin ümumi dəyəri 2010-2022-ci illər əldə etdiyi rəsmi gəlirindən (19,6 milyon rubl) və həyat yoldaşının gəlirindən (3,3 milyon rubl) dəfələrlə çox olduğu üzə çıxıb. Prokurorluğun məlumatına görə, İsmayılov (əlaqəli qurumlar vasitəsilə) 8 torpaq sahəsinə, Dərbənd və Mahaçqalada 5 əmlaka, Moskvada bir mənzilə və 6 xarici istehsal avtomobilə sahibdir. 2023-cü ildə Rüfət İsmayılov ümumi məbləği 1,3 milyon rubl olan iki rüşvət epizodunda ittiham olunub.
Onun müavini Dalqat Əbdülqapurov, müstəntiq Əbdül Abakarov və iki iş adamı da cinayət işində ittiham olunur. İsmayılov ittihamları rədd edir və işdə kifayət qədər dəlil olmadığını, həbsdə olduğunu bildirir.
Qeyd edək ki, Rüfət İsmayılov 1975-ci ildə Dağıstanın Dərbənd şəhərində azərbaycanlı ailəsində doğulub.