Əsas məzmuna keç

Milli komandanın təlim-məşq toplanışı ilə əlaqədar çempionatda 14 günlük fasilə elan edilib

futbol uzre azerbaycan millisi mdb oyunlarina qelebe ile bashlayib

2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 millisinin təlim-məşq toplanışı keçiriləcək.

Tezadlar.az PFL-in saytına istinadən xəbər verir ki. toplanış 13-26 aprel tarixlərini əhatə edəcək.

AFFA və Peşəkar Futbol Liqasının məsləhətləşmələrindən sonra bütün potenisal futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək. Əvəzedicilər Liqasının 13 aprel tarixdə keçiriləcək oyunlarından sonra yarışda iki həftəlik fasilə yaranacaq.

Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcəyi bildirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…