21 Oktyabr 2025 / 22:11

Sabiq nazirlərin mənzillərində axtarış başladı

Ramiz Mehdiyevin və Əli Həsənovun olduğu deyilən külli miqdarda əmlakların siyahısının mediada tirajlanması qonşu Gürcüstanı da hərələtə keçirib. Belə ki, Gürcüstanın sabiq nazirlərinin mənzillərində korrupsiya hüquqpozmaları mahiyyətli axtarışlara start verilib. Baş naziri İrakli Kobaxidze jurnalistlərin keçmiş Baş nazir İrakli Qaribaşvili, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluashvili və digər yüksək vəzifəli şəxslərin evlərində aparılan axtarışlarla bağlı suallarına cavabında maraqlı detalları açıqlayıb. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, o, proseslə bağlı yaxından maraqlandığını deyib. Baş nazirin sözlərinə görə, məsələ ilə bağlı sualları olub, cavablar da alıb. Lakin əldə etdiyi məlumatları ictimaiyyətlə bölüşmək səlahiyyətində deyil: “Mənim suallarım var idi, verdim və cavablar aldım. Cavabım var, amma bu sizə deyil. Bu məsələyə dair daha ətraflı məlumatı yalnız və yalnız istintaq orqanları verə bilər”, – deyə Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Kobaxidze əlavə edib ki, istintaqın hansı maddə üzrə aparıldığı və istintaqa dair digər detalları açıqlamaq yalnız aidiyyəti qurumların səlahiyyətindədir: “İstintaqla bağlı məlumatın verilməsi yalnız müvafiq qurumların səlahiyyətindədir. Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm və buna icazəm də yoxdur. Hər şeyi bilirəm, amma cavabım sizə deyil. İctimaiyyət yalnız istintaq orqanlarından cavab almalıdır.” Xatırladaq ki, keçmiş Baş nazir İrakli Qaribaşvilinin, DTX-nin keçmiş rəhbəri Qriqol Liluashvilinin, keçmiş baş prokuror Otar Partxaladzenin, energetika sahəsinin keçmiş rəhbəri Romeo Mikautadzenin, eləcə də Mixeil Çoxelinin, Vano və Tornike Parkaulilərinin, Sandro Liluashvilinin evlərində axtarışlar aparılıb. Axtarışlar zamanı ümumilikdə 7 milyon 200 min ABŞ dolları, 136 min lari və müxtəlif qiymətli zinət əşyaları aşkar edilərək müsadirə olunub. Hazırda istintaq davam edir.

Görəsən, Azərbaycanın sabiq nazirlərinin mənzillərində və digər hesablarında araşdırmalar- axtarışlar aparılsaş nə qədər pul vəsaitləri ortaya çıxar? Qarabağda aparılan tikinti- quruculuq fonunda bu çox vacibdir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!