Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2025 / 09:47

Sabirabadda 16 yaşlı qızı öldürülüb niyə Kür çayına atıblar?

Sabirabadda 16 yaşlı qızı öldürərək Kürə atmaqda şübhəli bilinən 21 yaşlı şəxs barədə cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən “Təzadlar”ın  sorğusuna cavab olaraq bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadının meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.  Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!