Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şabranda sel sularında boğulan daha bir nəfərin meyiti tapılıb. Tezadlar.az xatırladır ki, meyiti tapılan şəxsin “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayev olduğu bildirilir. Meyit Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Onun seldə boğulduğu bildirilir. Fakt araşdırılır.
Qeyd edək ki, onunla birlikdə seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı olub. Onların meyiti bu gün səhər saatlarında aşkar olunub.
Elbar