29 Mart 2026 / 18:43

Safura Əliyeva Bakıdakı dəbdəbəli villasını nümayiş etdirdi – FOTOLAR

“Avroviziya” ulduzumuz Safura Əliyeva sosial mediadakı son paylaşımı ilə diqqətləri üzərinə çəkib. Uzun müddətdir Türkiyədə yaşayan müğənni Bakıya gələrək paytaxtdakı evindən görüntülər paylaşıb.

Tezadlar.az-ın məlumatına görə, sənətçinin təqdim etdiyi videoda villasının geniş həyəti, lüks interyeri və ev daxilində xüsusi olaraq qurulmuş idman zalı əks olunub. İzləyicilər tərəfindən böyük maraqla qarşılanan görüntülər, müğənninin zövqlə bəzədilmiş evi haqqında xoş təəssürat yaradıb.

Qeyd edək ki, Safura Əliyeva mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün bu nikahdan 3 övladı var. Ailə uzun müddətdir fəaliyyətini və yaşayışını Türkiyədə davam etdirir.

Səbinə Bağırova 

Screenshot Instagram

Screenshot Instagram

Screenshot Instagram

Screenshot Instagram

Screenshot Instagram

Screenshot Instagram

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!