Əsas məzmuna keç

“ABŞ gizli quru hücumu planlaşdırır”- TƏCİLİ

Bu gün İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf Amerikanın açıq şəkildə danışıqlara işarə etdiyini, lakin gizli şəkildə quru hücumu planlaşdırdığını bəyan edib. Tezadlar.az İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb. Qalibaf bildirib ki, ABŞ-ın 15 maddədən ibarət təklifi var və bu siyahı yalnız öz istəklərini əks etdirir. Onun fikrincə, Vaşinqton müharibə zamanı əldə edə bilmədiyi nəticələrə nail olmağa çalışır. Spiker əlavə edib ki, İranın silahlı qüvvələri amerikalı hərbçilərin qurudan daxil olmasını gözləyir və belə bir halda onlara qarşı atəş açmağa hazırdır.

İranın mümkün təslim olması ilə bağlı məsələyə toxunan Qalibaf vurğulayıb ki, ölkənin mövqeyi aydındır və İran heç bir halda “alçaldıcı” şərtləri qəbul etməyəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…