Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün şair, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb. Tezadlar.az xəbər verir ki, bu barədə “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında məlumat bildirib. K.Şükürovun vəfat səbəbi məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957-ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub. Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən “Yazıçı” və “Elm” nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət “Novruz”, “Oğuz eli” qəzetlərində əməkdaşlıq edib. “Nəfəs”, “Yeni quruluş” qəzetlərinin baş redaktoru, “Məqam” qəzetinin şöbə müdiri olub. Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, “Ulduz” jurnalında və “Yaşıl budaqlar” almanaxında dərc olunub.
Allah rəhmət eləsin!