18 İyun 2023 / 13:08

ŞAMAXIDA İLK HAVA ŞARLARI FESTİVALI BAŞLAYIB

 Şamaxı rayonunda ilk Hava Şarları Festivalı (Balloon Festival) başlayıb.

  Bu gün – iyunun 18-də isə rayonun Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanan hava şarları qalxıb.

 Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edib. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edib.

 Şarların dizaynları isə valehedici və fərqli olub.

Festivala giriş dəvətnamə ilədir.

TEZADLAR.AZ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!