Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Oktyabr 2025 / 19:45

Şarm əl-Şeyxdə İsrail və HƏMAS arasında yekun danışıqlar başlayıb

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS arasında atəşkəsin əldə olunması və israilli girovların azad edilməsi ilə bağlı danışıqlar başlayıb.

“Təzadlar” “Bild” nəşrinə istinadən xəbər verir ki, bunun yekun danışıqlar olduğu ehtimal edilir.

Danışıqlar ABŞ və Misirin vasitəçiliyi ilə, tərəflər arasında birbaşa təmas olmadan aparılır. “Israel Hayom” qəzetinin məlumatına görə, razılaşma əldə edildikdən sonra 72 saat ərzində 20 sağ qalan girov təhvil verilə bilər, həlak olanların meyitlərinin təhvil verilməsi prosesi isə daha çox vaxt aparacaq.

ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın tapşırığı ilə Misirə gedən xüsusi nümayəndə Stiv Uitkoff rəhbərlik edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!