9 Fevral 2026 / 15:54

Şəbnəm Tovuzlunun ikinci uşağı buna görə tələf olub

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) illər öncə itirdiyi övladından danışıb.

Tezadlar.az  xəbər verir ki, sənətçi bu haqda “Afaqla 10lar” verilişində danışıb. O bildirib ki, içdiyi dərman onun bətnində olan övladını itirməsinə gətirib çıxardıb:

“2017-ci ildə oğlum Əlidən sonra ana olmağa hazırlaşırdım. Bir dərman içdim, çox pis oldum. Həmin dərman uşağın inkişafına mane olub. Onu bilmədən atmışdım. Uşaq tələf oldu. Qalsaydı indi Əli ilə əkiz kimi böyüyərdi”.

Qeyd edək ki, müğənni 19 dekabr 1984 cü ildə Azərbaycanın Tovuz şəhərində dünyaya gəlib. Ş.Əsədova Tovuz mahalının sevilən aşıqlarından olmuş aşıq Səmədin nəvəsidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!