Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Nəhayət, Azərbaycanda növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı məlum olub.
Tezadlar.az Mərkəzi Seçki Komissiyasının saytına istinadla xatırladır ki, MSK-nın siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.
Siyahıya əsasən, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir. Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək.
Qeyd edək ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-a təyin edilib.
Seçkilərdə fəal olun ki, seçdikləriniz fəal olsun!