Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Səfərbərlik yaşının azaldılması məsələsinə baxılmır. Bunu Ukraynanın Müdafiə naziri Rustem Umerov deyib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.
Səfərbərlik yaşının azaldılması məsələsinə baxılmır və 18-24 yaşlı müqaviləli əsgərlərdən ibarət bölmələr effektiv nəticə göstərir.
Bundan əvvəl 2014-2019-cu illərdə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Viktor Mujenko bildirmişdi ki, Ukrayna səfərbərlik yaşını 18 və ya 20-ə endirməli olacaq. Eyni zamanda, qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarını döyüş əməliyyatlarına cəlb etməklə müvafiq qərarın qəbulu gecikdirilə bilər. Hərbçi bildirib ki, hadisələrin bu cür inkişafı səfərbərlik yaşı məsələsini müəyyən müddətə aradan qaldıra bilər.
Öz növbəsində, Ukrayna Ali Radasının deputatı Oleksandr Dubinski bildirib ki, Vladimir Zelenski ölkə vətəndaşları üçün səfərbərlik yaşının azaldılmasına haqq qazandırmağa çalışır.
E.ŞİRİNOV