Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…İnsaniyyət və vətənsevərlik budur: Üzeyir Hacıbəyov musiqi məktəbinə yeni tələbələr qəbul edirmiş. Bir dəfə imtahan zamanı imtahanları uğurla vermiş bir qızın istedadı onu xüsusilə heyran edir. Üzeyir bəy qızı ürəkdən təbrik edib deyir:
– Təbrik edirəm, qızım. Sənə təhsilində uğurlar arzulayıram.
Bu vaxt qız ağlamağa başlayır. Üzeyir bəy onun sevincdən ağladığını düşünür. Lakin qız hıçqıra-hıçqıra:
– Hörmətli müəllim, məni məktəbə qəbul etdiniz, çox sağ olun. Amma mən oxuya bilməyəcəyəm.
Üzeyir bəy təəccüblə soruşur:
– Niyə, qızım?
– Evdə pianom yoxdur.
– Eybi yoxdur, qızım. Ümidini itirmə.
Bunu deyib Üzeyir bəy köməkçi müəllimin qulağına nə isə pıçıldayır. Qız imtahan otağından ayrılanda Üzeyir bəyin assistenti də onun arxasınca çıxır. Dəhlizdə qızı səsləyib deyir:
– Sən tərcümeyi-halını yazmalısan. Orada ünvanını da göstərməyi unutma.
Axşam evə qayıdarkən qızın anası onu sevinclə qarşılayır:
– Qızım, evimizə piano gətirdilər, sənin adını soruşdular, sonra pianonu qoyub getdilər. Nə qədər xəbər aldım, heç nə söyləmədilər.
Bu qız sonralar Azərbaycanın görkəmli bəstəkarı olacaq, Şərqdə ilk operanı yazacaq xanım bəstəkar Şəfiqə Axundova idi…
XXX
Üzeyir bəy tarixdə əbədi yaşayacaq bir şəxsiyyətdir…
(tezadlar.az)