8 Dekabr 2025 / 11:00

Səfir özbəkistanlı tələbələrin BANM-kı təhsil və yaşayış şəraiti ilə maraqlanıb

Xəbər verdiyimiz kimi, Özbəkistanın Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Bakı Ali Neft Məktəbini (BANM)  ziyarət edib və BANM rəhbərliyi ilə birgə tədbirlərin təşkili barədə müzakirələr aparılıb.
Səfir eyni zamanda, təhsil alan özbək tələbələrlə görüşüb.
Tezadlar.az   xəbər verir ki, bu barədə  BANM-ın rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
“Hazırda BANM-da Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutu və Buxara Dövlət Texniki Universiteti arasında imzalanmış ikili diplom, eləcə də mübadilə proqramları çərçivəsində 25 özbək tələbəsi təhsil alır.
Səfir tələbələrin Bakı Ali Neft Məktəbindəki təhsil və yaşayış şəraiti ilə maraqlanıb. O vurğulayıb ki, Azərbaycanda ən çox sayda özbək tələbə Bakı Ali Neft Məktəbində təhsil alır və onların burada yüksək bilik və bacarıqlar əldə edərək ölkələrinə töhfə verəcəklərinə əmindir.
Tələbələr də BANM-dəki təhsil, sosial mühit və yaradılan imkanlardan razı olduqlarını bildiriblər.
Görüşün sonunda Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanova “Fəxri qonaq” plaketi təqdim edildi”, – deyə rektor qeyd edib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!