28 İyul 2025 / 19:58

Şəkidəki avtoqəzada ölən və yaralanan oldu

Bu gün Şəkidə ağır yol-nəqliyyat hadisəsi olub. Tezadlar.az bildirir ki, hadisə bu gün axşam saat 18:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!