Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 İyul 2025 / 08:53

Səkkiz müxalifət partiyası birgə bəyanat yayıb…

Ölkənin səkkiz müxalifət partiyası payızda planlaşdırılan yerli özünüidarəetmə seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, müxalif partiyaların birgə bəyanatını “Dəyişik Naminə Koalisiya”-nın liderlərindən olan Elene Xoştaria parlament qarşısında açıqlayıb. Sözügedən bəyanata “Vahid Milli Hərəkat”, “Strategiya Ağmaşenebeli”, “Avropa Gürcüstanı”, “Azadlıq Meydanı”, “Droa”, “Qirçi-daha çox azadlıq”, “Axali” və “Federalistlər” partiyası qoşulub. “Bizlərin, Gürcüstanın qərbyönlü partiyalarının məqsədi İvanişvilinin Rusiya rejimini tamamilə sıradan çıxarmaq, Gürcüstanın müstəqilliyini və suverenliyini qorumaq, Avropa tipli demokratik idarəçilik qurmaq, vətəndaşlarımız üçün təhlükəsiz mühit və imkanlar yaratmaq, ölkəmizi Avropa İttifaqı və NATO-ya daxil etməkdir. Biz qondarma yerli özünüidarə seçkilərində iştirakdan imtina edirik. Hesab edirik ki, indiki reallıqda bu prosesdə iştirak bizim vətəndaşlarımızın mənafeyinə xidmət etməyəcək və yalnız qeyri-qanuni Rusiya rejimi üçün legitimlik fasadı yaradacaq. Biz birgə fəaliyyətin zəruriliyini dərk edir və bəyan edirik ki, prinsipial, barışmaz mübarizəmiz və işimizlə qeyri-demokratik, oliqarx sistemin sonunu sürətləndirmək üçün əlimizdən gələni edəcəyik. Biz hesab edirik ki, qələbəyə aparan yol rejimlə tam əməkdaşlıq etməməkdən keçir. Bizlər Gürcüstan vətəndaşları ilə birlikdə ümumi milli müqavimətimizi davam etdiririk”,-deyə müxalif partiyaların ortaq bəyanatında bildirilir.

Qeyd: hələlik sözügedən bəyanata 2024-cü il parlament seçkiləri zamanı baryeri keçən “Lelo” və Qaxaria – Gürcüstan Naminə” partiyaları imza atmayıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!