Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2025 / 13:05

Şəmkirdə direktor həbs edildi- SƏBƏB

Məlum olur ki, “Şəmkir Un-Yem” MMC-nin direktoru Aslan Əliyev həbs edilib. Direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub. A.Əliyev xüsusilə külli miqdar təşkil edən 1 milyon manata yaxın vəsaitin mənimsənilməsində və torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İttihamlar sübuta yetiriləcəyi təqdirdə, eks-direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, “Şəmkir Un-Yem” 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.
Bəs direktorun günahı nə olub? Yəqinki rəsmi məlumatlar tezliklə ictimailəşdirilər.
Elbar
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!