Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şəmkir rayonu ərazisində 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb. Tezadlar.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən “KamAz” markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və avtomobildə olan 6 sərnişin hadisə yerində dünyasını dəyişib. Daha 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan 1-nin vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sadəcə, sürücü təcrübəsizliyi və səhlənkarlığı!