Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın qalmaqallı iş adamı Şəmsi Səmədzadə bu dəfə Gürcüstanda saxlanılıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, məlumatı Şəmsi Səmədzadənin ailəsi təsdiqləyib. Məlumata görə, iş adamı Gürcüstan polisi tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Bildirilir ki, Şəmsi Səmədzadə və oğlu Niyazi Səmədzadə gecə saatlarında 10 baş iribuynuzlu heyvanı oğurlayarkən yaxalanıblar. Azərbaycanlı iş adamı və oğlu yaxın günlərdə məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, oğurluq hadisəsinin hansı şəraitdə və Gürcüstanın hansı bölgəsində baş verdiyi barədə hələlik məlumat verilmir.
Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub. O, 2000-ci ildə, 36 yaşında həbs edilərək ömürlük azadlıqdan məhrum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılmışdı… Sonra başqa bir qalmaqallı videogörüntüləri ilə gündəmə gəlmişdi… Bu dəfə isə mal-qara oğurluğu ortaya çıxıb…
Səbuhi