1 Avqust 2025 / 15:22

Senat Trampa qarşı: ABŞ Ukraynaya dəstək verəcəkmi?

Ukraynaya dəstək üçün təxminən 1 milyard dollar da daxil olmaqla hərbi xərclərə dair qanun layihəsi ABŞ Senatının Təxsisatlar Komitəsi tərəfindən təsdiqlənib.

Tezadlar.az “Reuters” agentliyinə istinadən xəbər ki, bu, prezident Donald Trampın administrasiyasının bu cür maliyyələşdirməni istisna etmək tələbinə baxmayaraq baş verib.

Qanun layihəsi Ukrayna Təhlükəsizlik Təşəbbüsünə (USAI) 800 milyon dollar, Baltikyanı Təhlükəsizlik Təşəbbüsünə isə 225 milyon dollar ayırmağı nəzərdə tutur. Senator Kris Kuns Ukraynaya dəstəyin ümumi məbləğinin təxminən 1 milyard dollar olacağını vurğulayıb.

ABŞ liderinin Konqresə müraciətində USAI üçün vəsaitin ayrılması nəzərdə tutulmayıb. Bununla belə, Konqresdəki bir çox respublikaçı, xüsusən də Senatda Ukraynaya yardım göstərilməsinin tərəfdarı olduqlarını bildiriblər, – agentlik yazır.

Qanuna çevrilmək üçün büdcə layihəsi Senatın bütün üzvləri tərəfindən təsdiq edilməli və sonra Nümayəndələr Palatasının təklif etdiyi versiya ilə razılaşdırılmalıdır. Daha sonra sənəd imzalanmaq üçün Ağ Evə göndərilir və ya prezident ona veto qoyur.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!