Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məşhur müğənni Serdar Ortaç etdiyi açıqlama ilə sevənlərini duyğulandırıb.
Tezadlar.az xarici mediaya istinadla məlumat verir ki, uzun illərdir MS (dağınıq skleroz) xəstəliyi ilə mübarizə aparan sənətçi, səhhətinə eyham vuraraq pərəstişkarlarına səslənib:
“Yaxında ölüb gedəcəyəm. Mənə söz verin, öləndə bu mahnıları yaşadın. Bunlara mən sağ ikən klip çəkmədilər, geniş kütlələrə çatdırmadılar. Hamı batmağım üçün əlindən gələni etdi, amma 35 ildir hələ də ayaqdayam”.
1970-ci il fevralın 16-da İstanbulda anadan olan Serdar Ortaç, türk pop musiqi sənətçisi, mahnı müəllifi və bəstəkarıdır. O, 1994-cü ildə çıxan “Karabiberim” albomu ilə böyük uğurlar qazanaraq, türk pop musiqisinin ən əhəmiyyətli adlarından birinə çevrilib.
Karyerası boyunca Ortaç çoxsaylı hit mahnılar yazıb və səhnə performansları və çıxışları ilə tez-tez xəbər başlıqlarına çıxıb. Uzun illərdir dağınıq skleroz (MS) xəstəliyindən əziyyət çəkən sənətçi musiqi fəaliyyətini davam etdirir.