Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Aprel 2026 / 22:05

ABŞ-dən Macarıstana dəstək mesajı

ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Macarıstanın Baş naziri Viktor Orbanın parlament seçkilərinin nəticələrinə əsasən vəzifəsini qoruyub saxlayacağına əminliyini ifadə edib.

Tezadlar.az xəbər verir ki,  bunu Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Qələbəni Viktor Orban qazanacaq, buna və müsbət əməkdaşlığımızın davam etdiriləcəyinə əminəm”, – Vens deyib.

Bununla yanaşı, ABŞ-nin Vitse-prezidenti seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq Macarıstan hakimiyyəti ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!