Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyun 2025 / 23:09

Sərhədçi İdman Kompleksində keçirilən Azərbaycan birinciliyi: yüzlərlə gənc rinqdə gücünü sınadı

“Tezadlar.az” xəbər verir ki,  26–29 iyun tarixlərində “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən XXIX Azərbaycan Kikboksinq Birinciliyi gərgin və həyəcanlı mübarizələrlə yadda qaldı. “Kikboksinq narkomaniyaya və uşaq cinayətkarlığına qarşı” devizi ilə keçirilən yarış, idmanın sosial yönümlü gücünü bir daha ortaya qoydu.

Bir neçə gün davam edən bu mötəbər turnirdə ölkənin müxtəlif bölgələrindən yüzlərlə yeniyetmə və gənc idmançı öz gücünü sınadı. Yarış iştirakçılarının sayı və texniki hazırlıq səviyyəsi, təşkilatçılar və tamaşaçılar tərəfindən yüksək qiymətləndirildi.

42 kq çəki dərəcəsində keçirilən döyüşlərdə Maştağa İdman Mərkəzinin təmsilçisi, “Alligator” klubunun üzvü Zəkiyev Agahüseyn Hüseyn oğlu xüsusi fərqləndi. O, rinqə çıxdığı 6 döyüşün hamısında qələbə qazanaraq Azərbaycan birincisi tituluna layiq görüldü.

Agahüseynin bu uğurunda əsas rol oynayan simalardan biri isə onun məşqçisi, “Alligator” klubunun təcrübəli çalışdırıcısı Əfqən Quliyev oldu. Məşqçi bu qələbənin sistemli hazırlıq və dəqiq taktikanın nəticəsi olduğunu qeyd edib:

“Agahüseyn bu yarışa qətiyyətlə hazırlaşmışdı. Rinqdə emosional yox, taktiki üstünlüyü ilə fərqləndi. Bu çempionluq təsadüf deyil.”

Final döyüşləri tamaşaçılar və hakimlər heyəti tərəfindən maraqla izlənilib və yüksək qiymətləndirilib. Qalib idmançılara medal və sertifikatlar təqdim olunub.

Yarışın təşkilatçıları sırasında Azərbaycan Kikboksinq Federasiyası, Gənclər və İdman Nazirliyi və digər aidiyyəti qurumlar yer alıb. Turnir həm texniki səviyyəsi, həm də milli idmanın inkişafına verdiyi töhfə baxımından uğurlu hesab olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!