Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya və Ukrayna sərhədində yaradılan təhlükəsiz zonanın hədləri Kiyevə verilən texnika və silahlardan asılıdır.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a DXR rəhbəri Denis Puşilin Rusiya və Belarus regionlarının XII Forumu çərçivəsində məlumat verib.
“Bu, Qərb ölkələrinin həmin vaxt göstərəcəyi dəstəkdən asılıdır. Nə vaxt qərar veriləcək ki, Qərb dövlətləri Ukraynaya hansı dəstəyi verəcək və əslində o zaman Ukrayna rejiminin əlində hansı silahlar olacaq”, – Puşilin bildirib.
May ayında Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi operativ müşavirədə Rusiya ilə Ukrayna sərhədində bufer təhlükəsizlik zonasının yaradılması barədə qərarın qəbul edildiyini açıqlamışdı. Rusiya liderinin sözlərinə görə, tapşırığı Rusiya silahlı qüvvələri yerinə yetirir.
E.ŞİRİNOV