Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyun 2024 / 07:37

SERTİFİKASİYADAN UĞURLA KEÇƏN MÜƏLLİMLƏRİN MAAŞI AÇIQLANDI

Bu gün ölkədə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır.

TEZADLAR.AZ xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

 Eşqi Bağırov vurğulayıb ki, belə müəllimlərin sayı səkkiz minə yaxındır. Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur.

 Həmçinin iyunun 8-də səkkiz minə yaxın müəllimin təkrar sertifikasiya imtahanına cəlb olunacağını da diqqətə çatdırıb: “Son 6 ay ərzində onlar üçün inkişafetdirici təlimlər keçirilib. Böyük əksəriyyətin uğur qazanacağına inanırıq”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!