22 İyul 2025 / 17:48

Sesk Fabreqas Joan Qamper kubokunda “Barselona”ya qarşı çıxacaq

Sesk Fabreqas avqustun 10-da oynanılacaq Joan Qamper kubokunda “Barselona”nın rəqibi olacaq.

​​​​​​”Tezadlar.az” xəbər verir ki, “Barselona”nın budəfəki rəqibi “Komo” olacaq. İtaliya klubunun baş məşqçisi Sesk Fabreqas doğma şəhərinə qayıdacaq.

Qeyd edək ki, Fabreqas 6 il “Barselona” akademiyasında, 3 il isə əsas komandada çıxış edib.

Əlavə edək ki, Joan Qamper katalon klubunun yaradıcısıdır. Turnir 1966-cı ildən bəri keçirilir. Bu il turnir 60-cı dəfə keçiriləcək.

“Blauqrana” bu kuboku 46 dəfə qazanıb.

Qeyd edək ki, turnirin son qalibi “Monako” olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!