Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 May 2025 / 11:25

Seyid Əzim Şirvaninin yubileyi ərəfəsində “Qəzəllər”i oxuculara təqdim olundu

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, maarifçi və pedaqoq Seyid Əzim Şirvaninin yubileyi ilə bağlı “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Bununla əlaqədar, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı kitabxanalara hədiyyə olundu. Kitabın tərtibçisi, kitabxananın fəal oxucusu, şair Ceyhun Möhübbidir. 

Seyid Əzim Şirvaninin yeni nəşr olunmuş “Qəzəllər”i şairin 190 illiyinə həsr olunub. Kitabda şairin bizə çatan 636 qəzəli və ilk dəfə olaraq kitabda olan qəzəllərə izahlı lüğət də verilmişdir. Qəzəllərin bir çoxu ilk dəfədir latın qrafikası ilə nəşr olunub. Kitabın redaktorları filologiya üzrə fəlsəfə doktoru, dosent Qızılgül Abdullayeva, şair-qəzəlxan Vahab İsmayılzadə və şair-qəzəlxan, Prezident mükafatçısı, ədəbiyyatşünas Hikmət Məlikzadədir.Bundan başqa, şair Ceyhun Möhübbi kitabxanalara “Qəzəllər” (2 cilddə) və “Şahanə” adlı kitablarını da hədiyyə etdi. “Qəzəllər” kitabını birinci cildində şairin 708, ikinci cilddə isə 307 qəzəli var. Son illərdə yazılan bu qəzəllər əsasən Tanrıya, təbiətə, insana, valideyinlərə, dostluğa, məhəbbət və sevgiyə həsr olunub. Kitab muğam ifa edən tələbələr üçün dəyərli vəsaitdir. Şairin “Şahanə” kitabında isə “Şahanə və Rəvanə” poeması, məsnəvilər, şeirlər, qəzəllər, rübailər və “Fəxriyyə” daxil edilib. Kitabları Yasamal rayon MKS-inin kitabxanalarında oxumaq olar.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!