Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu səhər zəlzələ baş verəndə pəncərədən həyətə baxırdım…
Həyətdəki pişiklərin qəribə miyoldamasını eşitdim. Bu an çılçırağın cingiltisi, ardınca yellənməsi və binanın silkələnməsi… Dərhal yatanları oyadıb boşluğa qaçmağa səslədim… Üstündən 40 dəqiqə keçir, Zəlzələ Mərkəzindən xəbər gəlir ki, Abşeron yarımadası tərpənib, Bakıda zəlzələ olub və s. Yəni, sadə dildə desəm, toydan sonra nağara…
Düşünürəm ki, dövlət büdcəsindən hər il milyonlar xərcləyib zəlzələdən sonra ayılan Respublika Seysmoloji Xidmət Mərkəzini saxlamaqdansa, hökumətimiz Bakının və bölgələrin əksər yerlərində pişik saxlasa, bu daha səmərəli olar… Ciddi sözümdür. Qonşumuz Fürudin müəllim bu səhər deyir ki, evdəki pişiyin yanğılı miyoldaması bizi oyatdı, üstündən təxminən 70-80 saniyə sonra zəlzələ oldu…
Bu da fakt!
A.Məmmədli
P.S.Təklif var ki, hərə evində icbari-məcburi qaydada pişik saxlasın, vəssalam!