Tarixi həqiqətlər gizlədilə bilməz!
Şeyx Şamilin milliyyətinə dair əvəzolunmaz və şok faktlar!!!
Kaluqada Şeyx Şamil ilə birlikdə 22 nəfər ailə üzvləri yaşayırdı. Şeyx Şamilə illik 15 000 rubl ödənilirdi. O dövr üçün bu kifayət qədər böyük məbləq idi, nəzərə alsaq ki, general maaşı təxmini 1 300 rubl idi.
1860-cı ildə Kaluqada olan bir qrup rus zabiti Şeyx Şamil ilə görüşməyi rəsmi qaydada xahiş edirlər. Bunlardan biri tanınmış rus publisisti, ədəbiyyatşünas İ.N.Zaxaryin (Yakunin) idi. Şeyx Şamil ilə görüşdən sonra o, bir neçə jurnalda bu görüş haqqında maraqlı yazılar dərc etmişdir. Sonralar bu məqalələri kitab şəklində buraxmışdır: Захарьин (Якунин) И. Н. Поездка к Шамилю в Калугу в 1860 году. (Из записок и воспоминаний). — В кн.: Захарьин И. Н. Встречи и воспоминания. Из лит. и воен. мира. СПб., 1903.
İ.N.Zaxaryin öz əsərində olduqca maraqlı faktlar ortaya qoyur və Şeyx Şamilin həyat tərzinə, davranışına hərtərəfli işıq salır.
“…Şamil otağın ortasında dayandı və bizə “səlam” dedi… Biz hamımız ona dərin təzim etdik, sonra isə ştab-kapitan Runovski hər bir zabitin rütbəsini və soyadını söyləyərək bizi təqdim etməyə başladı. Şamil əlini uzadır, başı ilə işarə edir və səssizcə növbə ilə növbəti zabitə keçirdi…
Bu ilkin mərasim başa çatdıqdan sonra o, divana tərəf bir neçə addım atdı və ağır-ağır onun üzərinə oturdu, TATARCA nəsə dedi.
— İmam sizi, cənablar, əyləşməyə dəvət edir! — tərcüməçi Qramov tez dilləndi.
Biz sakitcə stullarımıza əyləşdik və yalnız bundan sonra gördüm ki, Şamillə birlikdə qəbul otağına daha bir neçə TATAR da daxil olub — onların üzərində çox zəngin çərkəz geyimləri, bellərində bahalı silahlar və başlarında hündür papaqlar vardı. Onların hamısı sakit, səssiz addımlarla Şamilin oturduğu divana tərəf keçdilər və öz hökmdarlarının sağ və sol tərəflərində divar boyunca ayaqüstə düzülərək yerlərini tutdular.
Söhbət başlandı. Şamil … sual verirdi, tərcüməçi … cavabı TATAR dilində çatdırırdı. Suallar əsasən ən adi şeylərə aid olurdu: sizin alayınız harada yerləşir? və s. Əgər Şamil zabitin üzərində bir orden görürdüsə, soruşurdu ki, bu orden hansı xidmətə görə verilib…” Захарьин И. Н. … с. 55.
Zaxaryin İ.N. qeyd edir ki, Şeyx Şamilin ailə üzvləri Kaluqada çox rahat yaşayırdılar. Daima nəzarət altında olsalar da, şəhərdə gəzir, tədbirlərə gedir, müxtəlif görüşlər təşkil edirdilər.
“…Şamilin kürəkəni — ikinci qızı Fatimə ilə evli olan Əbdürrəhim diqqəti daha çox cəlb edirdi: o da Hacı(o) kimi rus dilini o qədər tez mənimsəmişdi ki, artıq birtəhər danışa bilirdi. O və Hacı(o) bu nailiyyətlərin hamısını Kaluqada olduqları bir neçə ay ərzində əldə etmişdilər.
…Şamilə evdə daimi xidmət üçün ayrılmış Kaluqa qarnizonunun əsgərləri olan KAZAN TATARLARI ilə onlar öz dillərində sərbəst danışırdılar; bu TATARLAR həyəti təmizləyən, ocaq qalayan, at baxıcısı və s. kimi işləyirdilər. Захарьин И.Н. … с.61.
Daha sonra müəllif bizim üçün çoz maraqlı və əhəmiyyətli fikri vurğulayır. O, yazır: “Məlum olurdu ki, Kazan şivəsi dağlıların danışdığı ADERBEYDJAN dilinə çox oxşardır — və bu da əsirlərin vəziyyətini və kişi qulluqçularla ünsiyyətini xeyli asanlaşdırırdı”. Захарьин (Якунин) И. Н. Поездка к Шамилю в Калугу в 1860 году. (Из записок и воспоминаний). — В кн.: Захарьин И. Н. Встречи и воспоминания. Из лит. и воен. мира. СПб., 1903, с. 61.
…На своем языке они свободно разговаривали с теми казанскими татарами, солдатами калужского гарнизона, которые были отряжены к Шамилю для постоянных услуг в доме; в качестве дворников, истопников конюхов и проч.; ОКАЗЫВАЛОСЬ, ЧТО КАЗАНСКОЕ НАРЕЧИЕ БЫЛО ОЧЕНЬ СХОЖЕ С АДЕРБЕЙДЖАНСКИМ, НА КОТОРОМ ГОВОРИЛИ ГОРЦЫ, — и это значительно облегчало положение пленников и их сношения с мужской прислугой. C.61
İ.N.Zaxaryinin təqdim etdiyi bu material bizim üçün həm də başqa bir mənada böyük əhəmiyyət kəs edir: bir sıra Azərbaycan tədqiqatçıları hesab edirlər ki, Azərbaycan dili termini ilk dəfə Cəlal Ünsizadənin 1883-cü ildə nəşr etdirdiyi “Kəşkül” jurnalının səhifələrində işlədilib. Amma hazırkı materialdan məlum olur ki, “Aderbeydjan dili” termini rus mətbuatında işlədilirmiş. Buna dair başqa sübutlar da var!
(Ardı var…)
Sabir Məmmədli,
Tədqiqatçı alim