Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Mahaçqala və Dərbənddə yaraqlıların hücumları nəticəsində 9 nəfər ölüb, onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. 25 nəfər yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə Dağıstan Respublikası Müftiliyinin Telegram kanalında məlumat verilib.
“Qəddarlıqla törədilən terror aktlarının qurbanları hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri və adi vətəndaşlar olub, onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşı olub”, – deyə məlumatda bildirilir.
Müftilik həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. “Biz sizinlə birlikdə ağlayırıq və Uca Allahdan sizə səbr diləyirik”, – bəyanatda qeyd olunub.