Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Macarıstanın xarici işlər naziri Peter Siyarto Aİ liderlərini Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqlara müdaxilə etməməyə çağırıb. O, həmçinin Ukrayna münaqişəsinin həlli üçün bu görüşün uğurlu olacağına ümid etdiyini bildirib.
NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü üçün Antalyaya gələn Siyarto qeyd edib ki, indi “dünya başqa bir türk şəhərini – İstanbulu seyr edir, burada birbaşa Rusiya-Ukrayna danışıqları başlayır”.
“Ümid edirik ki, hər iki tərəf razılığa gəlməyə açıq olacaq və biz gözləyirik ki, Brüssel Rusiya-Ukrayna sülh razılaşmasına və ya ən azı atəşkəsə nail olmağa mane ola biləcək heç bir addım atmayacaq”, – Siyarto Facebook-da yazıb.
Macarıstan hökuməti əvvəllər dəfələrlə Aİ liderlərinin sülhə nail olmaq səylərini dəstəkləməkdənsə, Ukraynada hərbi münaqişəni davam etdirməyə çalışmalarından təəssüfləndiyini bildirib.
E.ŞİRİNOV