11 Sentyabr 2025 / 19:42

Siyarto Ukrayna ilə münasibətlərin pisləşdiyini etiraf edib

Macarıstanla Ukrayna arasında münasibətlər daha da pisləşə bilər və buna görə Kiyev məsuliyyət daşıyır.

Tezadlar.az xəbər verir ki, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto bildirib.

Bundan əvvəl Ukraynanın baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Taras Kaçkanın başçılıq etdiyi nümayəndə heyəti ilkin olaraq elan edilmiş xarici işlər naziri Andrey Sıbiqanın əvəzinə Budapeştə gəlib. Danışıqların sonunda tərəflər mətbuata heç bir açıqlama verməyiblər.

“Mən tam vicdanla deyə bilərəm ki, son on ildə Macarıstan və Ukrayna arasında münasibətlərin görünməmiş şəkildə pisləşməsinə görə Kiyev bütün məsuliyyəti daşıyır”, – Siyarto bildirib ki, münasibətlər daha da pisləşə bilər.

Onun sözlərinə görə, Macarıstan bütün qonşu ölkələrlə, o cümlədən Ukrayna ilə yaxşı münasibətlərdə maraqlıdır. Bununla belə, Siyarto qeyd edib ki, bu, “yalnız Kiyevdən” asılıdır.

Ukrayna nümayəndə heyətinin səfərinin necə keçdiyi barədə suala cavabında o, “açıq şəkildə bildirdi ki, Budapeştin əsas gözləntisi macarlara bütün hüquqları, o cümlədən dil öyrənmək hüququnu 2015-ci ilə qədər malik olduqları formada qaytarmaqdır”. Siyarto onu da əlavə edib ki, o, Kaçkanın diqqətini “Drujba” boru kəmərinə edilən hücumların Rusiyanın deyil, Macarıstanın enerji təchizatına ziyan vurduğuna və təhdid etdiyinə çəkib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!