Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Slovakiya MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsini başa çatdırıb.
Tezadlar.az-ın məlumatına görə, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nağı bildirib.
Onun sözlərinə görə, 13 ədəd qırıcı təyyarə artıq Ukraynadadır. Onlardan dördü hələ mart ayında ukraynalı pilotlar tərəfindən gətirilib, qalan doqquzu isə yerlə çatdırılıb.
Xatırladaq ki, Slovakiya kompensasiya olaraq ABŞ-dan 12 AH-1Z Viper helikopteri alacaq. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti bəyan edib ki, Slovakiya MiQ-29-ların çatdırılması zamanı Rusiya silahlarının təkrar ixracına dair beynəlxalq müqavilələri kobud şəkildə pozub.
Bundan başqa, Smer partiyasının rəhbəri, keçmiş baş nazir Robert Fiko da transferlə bağlı mənfi fikirlər səsləndirib. O qeyd edib ki, bu cür hərəkətlər ölkə konstitusiyasını pozur – Slovakiya əvvəllər Amerika helikopterləri almağı planlaşdırmırdı, lakin indi Bratislava ona lazım olmayan şeylər üçün əlavə pul ödəməli olacaq.
E.ŞİRİNOV